Məktəbimizin müəllimləri III Beynəlxalq Təlim Konfransında iştirak etdilər

Azərbaycan  Müəllim İnkişaf  Mərkəzinin  (AMİM) dəstəyi ilə Azərbaycan Avropa  Məktəbində 16-17 noyabr  tarixində  III Beynəlxalq Təlim Konfransı və 18 noyabr tarixində isə ,,Master Klass”- seminarları təşkil edilmişdir.Bu tədbirlərdə 63 nəfərdən ibarət olan  məktəbimizin müdiriyyəti və müəllim kollektivi də iştirak edirdi.Bu ilki konfrans ,,Öyrənmənin qiymətləndirilməsi” mövzusuna həsr edilmişdi.Konfrans zamanı iştirakçılara qiymətləndirmənin əsas prinsipləri və əsasən də Formativ qiymətləndirmənin praktikada reallaşdırılması məsələri haqqında geniş məlumatlar verildi.

Konfransda beynəlxalq  məruzəçi və təqdimatçılar: Endi Qrifit- iki kitabın müəllifi, Stiven Koks- 21 on Öyrənmə MMC”-nin idarəetmə üzrə Meneceri,Ket Syuel- Londonda Şerinqam məktəbinin direktoru,Yeni Zelandiyanın aparıcı təhsil işçiləri- Hanna Filips, Stiven Kruks və Karli Maquayr və  Xədicə Cəfərova -AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi və s şəxslər iştirak edirdilər.Əsas məruzəçilərlə yanaşı yerli təhsil işçiləri bölmə seminarlarında öz gözəl təqdimatları ilə yadda qaldılar.Konfrans və seminarların  sonunda bütün iştirakçılara  beynəlxalq sertifikatlar təqim edildi.Üğürlar sizə müəllimlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi