ŞAGİRDİMİZ "ÖLKƏMİZİ TANIYAQ" TUR-AKSİYASINDA İŞTİRAK EDİR

14 noyabrda Xətai rayonunda  yerlşən H.Əliyev adına parkda “Ölkəmizi tanıyaq”  devizi altında keçirilən tur-aksiyada iştirak  edən  məktəblilərin  təntənəli yolasalma mərasimi təşkil olunub. Bu aksiyada  17 nömrəli tam orta məktəbin şagirdi Hümbətova Leyla İlqar qızı da iştirak edirdi.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun  mədəniyyət kollektivləri iştirak edirdilər.

Tur-aksiya iştirakçıları rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular.

 Çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, dövlət başçısının tövsiyyəsi ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyəti var. Bu tədbir xalqımızın gələcək nəsillərinin daha sıx birləşməsinə, Vətəni daha böyük şövqlə sevməyə, xalqımızın əsrlərlə əldə etdiyi milli-mədəni dəyərlərə, yaratdığı tarixi abidələrə, bu günə çatdırdığı adət-ənənələrə daha böyük qayğı və ehtiramla yanaşmağa sövq edəcək. 

Bu gün məktəblilərimiz öz iqtisadi inkişafı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan Lənkəran, Masallı və Astara rayonlarına səfər edəcəklər. Zəngin tarixi ilə seçilən bu bölgə həm də sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İnanıram ki, məktəblilərimiz zəngin təəssüratla qayıdacaqlar.

Çıxış edən məktəblilər və valideynlər yaradılan bu imkan üçün Ölkə Başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Tədbir rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçilərinin ritmik musiqi nömrələri ilə davam etdi. Daha sonra şagirdlər  onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşaiyyəti ilə   Lənkəran şəhərinə yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi