“Vətənim Azərbaycan” mövzusunda ilk dərs keçirildi

17 sentyabrda böyük sevinc hissi ilə məktəbə qədəm qoyan şagirdlər məktəb həyatında daha bir tarixi gün yaşadılar.

Məktəb və müəllimləri ilə görüşə tələsən IV sinif şagirdləri dərsə böyük həvəslə başladılar. İbtidai siniflərdə təhsil alan fidanlar “Vətənim Azərbaycan” mövzusunda gözəl dərs nümayiş etdirdilər. Sinif müəllimləri: Bəturə Saniyeva, Zülfiyyə Rzayeva, Vüsalə Nurməmmədzadə , Məhsəti Rəhimova şagirdlərimizə Azərbaycanın səfalı yerlərindən, qədim tarixə əsaslanan mədəniyyətindən, abidələrdən, yeraltı və yerüstü sərvətlərdən məlumatlar təqdim etmiş, diskusiyalar aparmış, Vətənin qəlbinə dəyən yaralardan danışmışlar.

Sonda şagirdlər Vətən mövzusunda şeirlər və mahnılar oxuyaraq dərsi yekunlaşdırmışlar.

Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Hüseynova da iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi