“Bilik günü” keçirildi

15 sentyabrda paytaxtın ümumi təhsil məktəblərində olduğu kimi 17 nömrəli tam orta məktəbdə də “Bilik günü” qeyd olunub. Tədbirdə məktəb müdiriyyəti, valideynlər, şagirdlər və  Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan işlərdən, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından söz açdı. “Bilik günü”ndə iştirak edən  qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara nailiyyətlər arzuladılar.

2018-2019-cu tədris ilində ilk dərs məşğələləri I-IV siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarıdır” mövzularına həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi