“Ən yaxşı şeir” müsabiqəsinin rayon mərhələsi

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən keçirilən ”Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünədərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin rayon mərhələsinə start verilmişdir. Bu münasibətlə 18 aprel tarixində Xətai rayonu üzrə yarış mərhələsi 249 nömrəli tam orta məktəbdə təşkil olundu. Yarışmada şagrdlər müxtəlif yaş qrupları üzrə çıxış etdilər. Belə ki, 10-14 yaş qrupu üzrə İsmayılova Nərmin Elçin qızı Cabir Novruzun “Sevin Azərbaycanı ! ”, 15-18 yaş qrupu üzrə isə İsazadə Rahil Fuad oğlu Məmməd Arazın “Səninləyəm” şeirləri ilə məktəbimizi təmsil etdilər. Onlar öz maraqlı və gözəl bədii qiraətləri ilə dinləyicilərin və münsiflərin rəğbətini qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi