“Oxu günü”nə həsr olunmuş tədbir

19 aprel tarixində məktəbimizdə “Oxu günü”nə həsr olunmuş breyn-rinq təşkil edilmişdi. Yarışmada məktəbin IX sinif şagirdləri iştirak etmişlər. Yarışın mövzusu böyük Azərbaycan şairi Məmməd Arazın yaradıcılığına, xüsusən də onun “Əsgər məktubu” əsərinə həsr olunmuşdu.

Məktəbin şagirdləri siniflər üzrə “Şahinlər” – 9 “V”, “Parlaq zəka” – 9 “Q”, “Difai” – 9 “D” adlı komandalara bölünərək mübarizə aparmışlar. Verilən sualları doğru cavablandırmaqla onlar bir daha sübut etdilər ki, şairin həyat və yaradıcılığı haqqında geniş məlumata malikdirlər. Ayrı-ayrı mərhələlərdə toplanan ümumi balın nəticələrinə görə, “Parlaq zəka” komandası I yerə layiq görülərək, məktəbin direktoru Nazilə xanım tərəfindən diplomla mükafatlandırıldı. Yarışmada eyni zamanda musiqi nömrələrindən də istifadə olundu. Şairin sözlərinə bəstələnmiş mahnılar ifa edildi, şeirlər səsləndirildi. Qızların rəqsi isə bu intellektual-əyləncəli yarışmaya xüsusi rəng qatdı.

Yarışma onu izləyənlər tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi