Coğrafiya fənnindən “Açıq dərs” keçirildi

18 aprel tarixində məktəbin coğrafiya müəllimi Zoya Andreyevanın rus bölməsinin 9 “B” sinfində “Regionların müasir coğrafi – tarixi vəziyyəti” mövzusunda “Açıq dərs”i keçirildi. Dərs müasir  təlim və texnologiyalar əsasında qurulmuşdu. Sinifdə şagirdlər “Şimali Afrika”, “Cənubi – Şərqi Asiya”, “Cənubi Avropa”, “Şərqi Avropa” adı altında 4 qrupa bölünmüşdülər. Qrup işlərində şagirdlər fəal iştirak etdilər. Hər qrup təmsil etdiyi regionun dövlətləri haqqında təqdimat hazırlamışdı. Şagirdlər qrup işlərini yüksək səviyyədə təqdim etdilər. Dərsdə tələb olunan standartlara uyğun olaraq, müəllim tərəfindən müxtəlif meyarlarda qiymətləndirmə aparıldı. “Açıq dərs”də məktəb direktoru Nazilə Əliyeva və fənn müəlimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi