“Ölkəmizi tanıyaq” layihəsinin xətti ilə Naxçıvana səyahət

Bu il martın 15-dən 19-na kimi “Ölkəmizi tanıyaq” layihəsinin xətti ilə Bakı məktəblərində təhsil alan bir qrup şagird Naxçıvan Muxtar Respublikasına yollanıblar.

Məktəbimizi bu səfərdə 10 “B” sinif şagirdi Quliyeva Nərmin təmsil etmişdir. Şagirdlər Ordubad şəhərini və Şahbuz rayonunu gəzərək bir sıra tarixi yerlərdə olmuş, Əlincə qalasına və Möminə Xatun türbəsinə səyahət etmişlər. Onlar eyni zamanda ulu öndər Heydər Əliyev muzeyində olmuş, Məhəmməd Tağı Sidqinin ev muzeyini ziyarət etmişlər. Məktəbimizi təmsil edən Quliyeva Nərmin gəzinti zamanı aldığı təəssüratları ilə öz sinif və məktəb yoldaşları ilə bölüşmüşdür. O, bildirmişdir ki, gələcəkdə Azərbaycanın digər bölgələrinə səyahət təşkil olunarsa bu yalnız təqdirəlayiq bir addım kimi biz şagirdlər tərəfindən qarşılanar. Sonda o, digər iştirakçılar kimi layihə təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi