Riyaziyyat fənninə həsr olunmuş sinifdənxaric tədbir.

 “Riyaziyyat aylığı” çərçivəsində 15 fevral tarixində 7 “C”  və 9 “A”  sinif şagirdlərinin iştirakı ilə  sinifdənxaric  tədbir keçirildi. Tədbirin  məqsədi Riyaziyyat fənni üzrə şagirdlərdə olan qeyri- adi bilik və bacarıqları üzə çıxarmaq, onlarda bu fənnə olan həvəsi daha da artırmaq idi. ”Riyaziyyat ölkəsinə səyahət”  mövzusunda təşkil olunmuş sinifdənxaric oyunda 4 komanda iştirak edirdi. Riyaziyyat müəllimi Lyudmila Quliyeva tərəfindən təşkil edilmiş bu oyun şagirdlər tərəfindən çox maraqla qarşılandı. Təşkil olunmuş münsiflər heyəti tərəfindən oyunda qalib gəlmiş komandalar I, II, III yerə layiq görülərək qiymətli hədiyyələrlə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi