“Rus dili” fənni üzrə 8 “A” və 8 “B” sinif şagirdləri arasında viktorina keçirildi

Bakı şəhər məktəblilərinin rus dilinə olan marağının daha da artırılması, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə və məktəbin fəaliyyət planına əsasən məktəbdə 16 dekabr tarixində “Rus dili” fənni üzrə 8 “A” və 8 “B” sinif şagirdləri arasında viktorina keçirildi. Rus dili müəllimi Ülkər Həsənovanın rəhbərliyi ilə hazırlanan viktorina sualları şagirdlər tərəfindən çox maraqla qarşılandı. Tədbirdə fənn müəllimləri, valideynlər və məktəb müdiriyyəti iştirak edirdi. 8 “B” sinif komandası viktorinanın qalibi oldu. Məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarını viktorinada əldə etdikləri nəticələrə görə diplom və qiymətli hədiyyəlrlə təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi