S.Marşakın 130 illiyinə həsr olunmuş tədbir

Rusiya Mədəni İnformasiya Mərkəzinin 2017-ci ilin “Kitab və yazıçıları-yubilyarları” layihəsi çərçivəsində bu ilin 20 noyabr tarixində Bakı şəhəri 17 N-li tam orta məktəbdə böyük rus-sovet şairi, tərcüməçi, dramaturq, ədəbi tənqidçi S.Marşakın anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili-ədəbi kompozisiya təşkil olunmuşdur.

Şagirdlər S.Marşakın yaradıcılığı əsasında viktorinalarda iştirak etmiş, onun şeirlərini oxumuş, şairin əsərlərinin motivləri əsasında çəkilmiş rəsmləri nümayiş etdirmişlər. Kompozisiya məktəbin ibtidai  2 “C” sinif şagirdlərinin hazırlığı “Pişik evi” səhnəciyi ilə xitam verilmişdir.

Tədbirdə Bakı şəhəri 17 N-li tam orta məktəbin direktoru N.Z.Əliyeva, Azərbaycanda fəaliyyət göstərən Rusiya ilə Həmrəylik Təşkilatının baş mütəxəssisi Yelena Şişkalova və Rusiya Mədəni İnformasiya Mərkəzinin təhsil proqramları üzrə koordinatoru, Azərbaycanın rusdilli təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlər assosiyasının sədri Lyubov Yakunina iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi