Şagirdimiz “Nizami ili” ilə əlaqədar olaraq Gəncə şəhər N.Gəncəvi muzeyində ekskursiyada olub

    16 iyunda məktəbin 4ç sinif şagirdi Həsənli Turan Gəncə şəhər N.Gəncəvi muzeyində ekskursiyada olub. Nizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. 2014-cü ildə istifadəyə verilmiş muzey, Nizami məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur. Muzeydə Nizami Gəncəvi guşəsi yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Nizami Gəncəvi Muzeyində 542 eksponat var. Bunlardan 418 ekspozisiyada nümayiş etdirilir. Muzeyin ən qədim eksponatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən gətirilmiş orijinal “Xəmsə” əl yazmaları və Qurani Kərimdən nümunələrdir. Muzey ekspozisiyaları ilə tanış olan şagirdimiz xoş təəssüratlarla oradan ayrılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi