Balaca rəssamımız diplomla təltif edilib
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsində məktəbin 1 b sinif şagirdi Məmmədov Teymur iştirak edib. Xətai Sənət Mərkəzində keçirilmiş sərgidə 12 yaşa qədər uşaqların əsərləri sırasında Teymur balamızın rəsmi də yer alıb.
Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqədə 17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhrəmanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdiriblər. Balaca rəssamızın çəkdiyi rəsm münsiflər tərəfindən diplomla təltif olunub.
Qeyd edək ki, Teymur Pirallahı rayonu üzrə müsabiqəyə qatılan yeganə iştirakçı və qaliblərdən olub.
Biz də öz növbəmizdə Teymuru təbrik edirik, uğurlarının bol olmasını arzulayırıq.