"Narkomaniyaya yox deyək!" adlı tədbir

    Yanvarın 21-də məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.  Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri, rayonun təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak etdilər.   
        Pirallahı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Seymur Yusibov yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. Bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.
      Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşı Elnur Rəşidov çıxışı zamanı son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata  keçirildiyi vurğuladı.
       10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Məhərrəm Məmmədov çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.
        Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi