Xalqımızın qan yaddaşı 20 yanvar Ümumxalq Hüzn Günü

19 yanvar 2019- cu il tarixdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar, şəhidlərimizin, eləcə də məktəbimizin şagirdi olmuş şəhid İlqar Rəşid oğlu İbrahimovun anım tədbiri keçirildi. Tədbirdə şagirdlər səhnəciklər və şeirlər təqdim etdilər. Tədbirdə direktor,məktəbimizin adını daşıyan şəhidin yaxınları, müəllimlər və şagirdlər iştirak etdilər. Gün ərzində şagirdlərimiz məktəbin həyətində qoyulmuş İlqar İbrahimovun büstü önünə tər qərənfillər qoyaraq şəhidimizin xatirəsini bir daha yad ediblər. Eyni zamanda, müəllim kollektivi və şagirdlərimiz Şəhidlər xiyabanını da ziyarət ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi