31.01.2024-cü il tarixində Pedaqoji Şura keçirildi.

Pedaqoji Şurada müəllim kollektivi və valideynlər iştirak etdi.Pedaqoji Şurada cari məsələlər ilə yanaşı valideyn məsuliyyətinin artırılması,məktəbdə uşaqların təhlükəsizliyinin təminatı,psixoloji xidmətin təşkili,müəllimlərin etik davranış qaydalarına riayət olunması,təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və s.. məsələlər müzakirə edildi.Şurada psixoloji xidmətlərin təşkili ilə bağlı məktəbin psixoloqlarının hesabatları dinlənildi.

Pedaqoji Şurada aşağıdakı məsələlər qərara alındı:

- ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;

- şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;

- müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;

- ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;

- sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;

- müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;

- fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;

- etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi