“Məktəb əmlakını qorumaq hər bir şagirdin borcudur” mövzusunda təşkilat saatı keçirilib.

 Bu gün məktəbimizin 7”B” sinfində sinif rəhbəri Eyvazova Könül tərəfindən “Məktəb əmlakını qorumaq hər bir şagirdin borcudur” mövzusunda təşkilat saatı keçirilib.Təşkilat saatında bu sinifdə təhsil alanlarla yanaşı,məktəbin direktoru Taleh Quliyev,tərbiyə işləri üzrə direktor müavini Yarəhmədova Rəna,Uşaq Birliyi Rəhbəri Hüseynova Həmidə də iştirak edib.Təşkilat saatı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb,sonra isə qeyd edilən mövzuda maarifləndirici,istiqamətləndirici və təşkiledici məsələlərə toxunulub.Şagird davranış qaydaları,məktəb əmlakı haqqında təqdim olunan məlumatların ardınca məktəbin direktoru, direktor müavini və şagirdlərlə qarşılıqlı sual-cavab və müzakirələr şəklində mövzunu davam etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi