Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.

  Vətən müharibəsi bizim şanlı tariximiz,şəhidlər və qazilər qürur mənbəyimizdir.Biz qurtuluş savaşında minlərlə şəhid vermişik.Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib.Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.Lap kiçik yaşlarından şagirdlərdə vətənə məhəbbət hissini aşılamaq bizim borcumuzdur.Vətənpərvərlik ruhunu uşaqlarda və gənclərdə daha çox inkişaf etdirmək üçün, ilk öncə həmin uşaqlara vətənini tanıtmaq lazımdır.Uşaqlarda məkan ,zaman anlayışı formalaşdığı ilk dövrdən hansı ölkədə və şəhərdə yaşadığını bilməlidir.Bu gün şagirdlər "Mənim gözəl vətənim"adı altında çox gözəl fikirlər bildirdilər və vətənə sevgilərini maraqlı şəkillərlə nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi