BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

 "27 Sentyabr- Anım günü" ilə bağlı BŞTİ müdiri, həmçinin məktəbin şəhid məzunu Taleh Yusifovun anası, həmin məktəbin müəllimi Süsən Yusifova ilə də görüşüb. M.Vəliyeva xalqımızın Qarabağda tarix yazan Vətən oğullarına olan vəfa borcunun, ehtiramının ifadəsinin yalnız 27 sentyabrda deyil, hər gün, hər an təzahür etdiyini vurğulayıb. Bildirib ki, 30 il düşmənin viranəyə çevirdiyi yurd yerlərimizdə bu gün yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşaya qədər uzanan möhtəşəm Zəfər yolu Taleh kimi minlərlə şəhidimizin əsəridir. İdarə müdiri qalibiyyət tariximizin unudulmaz qəhrəmanlarının gənc nəslə tanıdılması işində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən söz açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi