Təbriz Musazadənin məzarına ziyarət

02.04.2019-cu il tarixdə Bakı Şəhər Xətai rayonu 165 nömrəli tam orta məktəbin 2 B sinif şagirdləri mayor Təbriz Musazadənin məzarını ziyarət etdilər. Şagirdlər şəhidlərin məzarları önünə gül dəstələri qoyub, qəhrəmanlarımıza həsr olunmuş şeirlər ifadə etdilər. Müasir tariximizin qəhrəmanlıq salnaməsini yazmış " Aprel şəhidləri" nin həyat yolu hər bir şagird üçün örnəkdir.