“İdman və sağlamlıq “ mövzusunda ilk dərs

      Məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidova 3b sinfində “ İdman və sağlamlıq” mövzusuna həsr edilmiş ilk dərsi maraqlı təşkil edib.

      Belə ki, müəllimə məktəbdə təhsil almış olimpiya çempionu Elnur Məmmədliyə həsr olunmuş videoçarx nümayiş etdirib, Azərbaycanın tanınmış idmançılarından, onların uğurlarından danışıb. O, uşaqlara  idmanla məşğul olmağın  sağlamlığa göstərdiyi təsir barədə  də müxtəlif nümunələr göstərib.

     Dərsin sonunda şagirdlər Azərbaycanın adını yüksəklərə qaldırmaq üçün simvolik olaraq sevdikləri idman növünün iştirakçılarına çevrilib və  kollektiv olaraq verilmiş tapşırıqları yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi