"Hüquqlarımızı qoruyaq" adlı maarifləndirici söhbət

18 may - 18 iyun insan hüquqları aylığı çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilib. Məktəbin təşkilatçısı İradə İsmayılzadə 8ç sinfində maarifləndirici söhbət aparıb. Şagirdlərə mövzu haqqında ətraflı məlumat verdikdən sonra , hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışılıb .İradə müəllim şagirdlərin diqqətinə çatdırıb ki, “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən 18 yaşına çatmayan şəxslər uşaq hesab edilir. Belə olan halda , uşaqların ailə qurmağa məcbur edilməsi insan hüquqlarının pozulması hesab olunur. Yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, öz fikirlərini ifadə etmək hüquqları vardır. Sonda şagirdlərin sualları cavablandırılıb.