Şagirdlərimiz "Tarix yazan imza" müsabiqəsinin qalibi olublar

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı İdrak liseyi "Tarix yazan imza" adlı müsabiqə elan etmiş, bu müsabiqədə Bakı və Sumqayıt şəhərində olan dövlət və özəl təhsil müəssisələrindən 1000 nəfərdən çox 4-11 - ci sinif şagirdi iştirak etmişdir. Məktəbimizin 7 "B" sinif şagirdi Davudov İbrahim esse müsabiqəsində I yerə layiq görülmüşdür. Eyni zamanda 8 "B" sinif şagirdi Məryəm Muradova və 9 "D" sinif şagirdi Gülxar Səlimqarayeva rəsm müsabiqəsində təşəkkürnamə ilə təltif olunublar. Şagirdlərimizi təbrik edirik