Su ehtiyatlarından səmərəli istifadə edilməli, itkiyə yol verilməməlidir

Məktəbin rus dili və ədəbiyyatı müəllimi Kərimova Dilarə 7 "Ç" sinfində sudan səmərəli istifadə mövzusunda təşkilat saatı keçirib. Müəllim bildirib ki, Azərbaycanda su qıtlığı yaranmasının bir sıra səbəbləri var. Dünyada baş verən iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, eləcə də çaylarda sululuğun və yağıntıların azalması bu səbəblər sırasındadır. Digər tərəfdən, ölkədə kənd təsərrüfatı ildən-ilə inkişaf edir, əkin sahələri genişləndirilir. Beləliklə, suvarma suyuna tələbat artır. Eyni zamanda yeni içməli su təchizatı şəbəkələri yaradılır. Sonda şagirdlər suyun insan həyatında rolu barədə təqdimatlar ediblər.