Sudan səmərəli istifadə edək

Məktəbin coğrafiya müəllimi Quliyeva Sevinc 6 "B" sinfində suyun həyatımızda rolu, sudan səmərəli istifadə mövzusunda dəyirmi masa keçirib. Şagirdlər mövzunun aktuallığı barədə danışıblar. Sudan səmərəli istifadənin vacibliyini qeyd ediblər. Müəllim bildirib ki, bəzi ekspertlərin rəyinə görə, əgər indi Azərbaycanda lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Dövlət başçısı bildirib ki, buna qətiyyən yol vermək olmaz: "Eyni zamanda koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik”. Sonda şagirdlər mövzu ilə bağlı videoçarxa baxıblar.