"Nə qədər ki, Azərbaycan var, mən də varam"

Məktəbin İngilis dili müəllimi Nərminə Tağıyevanın təşkilatçılığı ilə ingilis dilində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Şagirdlər tədbirdə ingilis dilində təqdimatlar ediblər. Eyni zamanda dahi rəhbərə həsr edilmiş bədii nümunələrdən parçalar ifa ediblər. Şagirdlər Azərbaycan xalqının xilaskarı, dahi siyasətçi, müdrik dövlət rəhbəri olmuş Heydər Əliyevə öz sevgilərini oxuduqları nəğmələrdə, ifa etdikləri şeirlərdə bildiriblər. Sonda tədbirin təşkilatçısı Nərminə Tağıyeva bildirib ki, Ümummilli lider Heydər Əliyev öz çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, «Təhsil millətin gələcəyidir!». O, daim bu istiqamətdə məqsədyönlü işlər görmüş, təhsili həyatın uğuru kimi xarakterizə etmişdir. Əminliklə demək olar ki, Azərbaycanın mövcudluğu, inkişafı və tərəqqisi istiqamətində təhsil önəmli rol oynamışdır. Onun fundamental baza üzərində qurduğu uğurlu siyasətin kökündə milli təhsil bu gün də bəşəri status kimi diqqət çəkir.