Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Beybudovanin təşkilatçılığı və 9 "A" sinif şagirdlərinin iştirakı ilə məktəbin konfrans zalında Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər Zərifə xanım Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyətindən söz açmış, Azərbaycanın tibb elmində silinməz iz qoyaraq mənalı ömür yolundan, elmə verdiyi böyük töhfələrdən danışmışlar. Şagirdlər təqdimatlarında Zərifə xanım Əliyevanın alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi və mehriban həyat yoldaşı olaraq hər zaman Ümummilli lider Heydər Əliyevin çətin anlarında yanında olmasından, gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq qürurla söz açmışlar. Tədbirdə şagirdlər Zərifə xanım Əliyevaya həsr olunmuş slaytlari, hazırladıqları stendləri dinləyicilərin diqqətinə çatdırıblar. Tədbirdə məktəb rəhbərliyi iştirak edib.