Kitab oxumaq xöşbəxtliyin yolunu açır

Kitab yaşından asılı olmayaraq hər bir kəsin dostu, həyatda yolgöstərənidir. Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün,  düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.

    Bu gün məktəblərimizdə təhsilimizin çiçəklənməsinə, elmin sürətli inkişafına nail olmaq üçün gənc nəslin yetişməsində xüsusi xidmətləri olan yüzlərlə müəllim çalışır. Bu müəllimlərin əməyinin sayəsində şagirdlərimiz biliklərə yiyələnir. Söz böyük məfhumdur, ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olur, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də. Yadda saxlamaq lazımdır ki, ən gözəl tərbiyə yaxşı nümunədir. Əgər müəllim uşaqlarda  kitab oxumağa maraq yaradırsa, bunun əvəzi yoxdur. Şagirdlərdə kitaba məhəbbət, sevgi hissini aşılamaqda müəllimlərimizlə bərabər kitabxanaçılarımızın da əməyi əvəzsizdir. Bəli, görünən şəhərə nə bələdçi...

   Bu gün kitabxanada kitabxanaçıların təşkilatçılığı ilə 6"B" sinif şagirdləri  “Hərəmizə bir kitab oxuyaq” devizi altında “Kitab oxumaq xöşbəxtliyin yolunu açır” adlı  müzakirə keçiriblər.. Müzakirədə sinfin 34 şagirdi hərəsi bir kitab oxuyaraq fikir və düşüncələrini aydın,  ardıcıl şəkildə ifadə ediblər, kitabxanaçıların verdiyi maraqlı sualları cavablandırıblar. Şagirdlərimiz sonda “ Həyatı kitablardan öyrənin ki, həyat kimi kitab olsun. Kitab oxumaq xoşbəxtliyin yolunu açır” -deyərək fikirlərini ümumiləşdiriblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi