Məktəbdə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları maarifləndirici təlim keçirdi

Məktəbdə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri təşkil edib. Fövqəladə hallarda ilkin yardım və davranış qaydaları və xilasetmə işləri haqqında şagirdlərə məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, nazirliyin bu tədbiri keçirməsində əsas məqsədi məktəblilər arasında təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılmasından, hər hansı fövqəladə hadisə baş verdikdə şagirdlərə özlərini aparmaq qaydalarını öyrətməkdən, özünə və başqalarına kömək etmək bacarıqlarının aşılamaqdan ibarət olub. Görüşdə uşaqlara verilən məlumatların məktəblilərin fövqəladə hallar zamanı davranışlarına müsbət təsir göstərəcəyi deyilib, tədbirin şagirdlərin bu sahədə maarifləndirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.01:49