Pedaqoji şuranın növbəti iclası keçirilib

Məktəbin direktoru Kəmalə Qədirova Pedaqoji şuraya ilk öncə aprel ayının 11 - də Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 8 siniflərdə Ana dilindən, 5-8 siniflərdə riyaziyyatdan aparılan monitorinqin nəticələri barədə çıxış edib. 5-11 siniflərdə riyaziyyat, informatika fənlərinin tədrisi barədə direktor müavini Nazimə Zeynalova məlumat verib. 1 siniflərdə Ana dili, riyaziyyat fənləri üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə keçirilən monitorinqin nəticələri və məktəbəhazırlıq qruplarında uşaqların dinləyib-anlama bacarıqları haqqında direktor müavini İlahə Məmmədova danışıb. Pedaqoji şurada 5-11 siniflərdə Azərbaycan dili və ədəbiyyat, Rus dili və ədəbiyyat, 2-11 siniflərdə Azərbaycan dili (dövlət dili kimi) fənlərinin tədrisi vəziyyəti barədə məktəbin direktoru danışıb. Jurnalların işlənməsi vəziyyəti, fizika, kimya, biologiya fənləri üzrə şagirdlərin nəzəri biliklərini praktik təcrübədə tətbiqetmə bacarıqlarının inkişafına xidmət edən laboratoriya məşğələlərinin təşkili haqqında Nazimə Zeynalova danışıb. Məktəb üzrə psixoloji xidmət işinin vəziyyəti barədə məktəbin psixoloqu Gültəkin İskəndərova məlumat verib. Məktəbin kitabxanaçısı Cəmilə Bayramova şagirdlərin kitabxanadan istifadəsi və dərsliklərin saxlanması barədə çıxış edib. Sonda məktəbin direktoru cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.16:47

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi