Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı mövzusunda dəyirmi masa keçirib

Məktəbin Rus dili və ədəbiyyatı müəllimi Rəna İbrahimova 10 "D" sinfində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı mövzusunda dəyirmi masa keçirib. Şagirdlər realist dramaturqun yaradıcılığına münasibət bildirib, satirik obraz olan Qurbanəli bəy obrazını təhlil ediblər. Şagirdlər təqdimatlarında bildiriblər ki, "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Rəna İbrahimova bildirib ki, Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustası olub. Sonda dramaturqun yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi