Bir şair oğluyam bu məmləkətin

Məktəbdə "Pöhrə" məktəb teatrının istedadlı şagirdlərinin iştirakı ilə teatrın bədii rəhbəri Şəhla Gündüzün eyni adlı pyesi əsasında "Bir şair oğluyam bu məmləkətin tamaşası oynanılıb". Əsərin əsas qəhrəmanı olan Mikayıl Müşfiq rolunu böyük məharətlə 10 "A" sinif şagirdi Zeyd İsmayılzadə oynayıb. Şagirdlərimizdən Nail Məmmədov, Dəniz Məmmədli, Fatimə Davudova Emin İsmayıllı, Ziya Nəsibli, Seyid İsmayılov, Fidan Babayeva, Hüseyn Vəliyev, Narıngül Qasımova, Nıhad Süleymanlı oynadıqları rollarla tamaşaçıların alqışını qazanıblar.Tamaşa böyük rəğbətlə qarşılanıb. "Pöhrə" məktəb teatrının iştirakçılarına bu yaradıcı fəaliyyətlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi