12 Aprel - Dünya Aviasiya və Kosmonavtika günüdür

Məktəbin fizika müəllimi Alidə Abbasova 12 Aprel Dünya Aviasiya və Kosmonovtika günü münasibəti ilə 10 "Ç" sinfində maarifləndirici dərs aparıb. Dərs zamanı müəllim kosmosun fəthindən, ilk kosmonavt olan Yuri Qaqarindən geniş söhbət açıb. Eyni zamanda kosmonavtikanın inkişafında və kosmik aparatların yaradılmasında müstəsna xidmətləri olan görkəmli alim və hərbi xadim Kərim Kərimovdan da danışıb.
Dərs zamanı videoçarx və kosmosda aparılan tədqiqatlar haqqında slaydlar nümayiş olunub. Fərqli formada keçirilən dərs şagirdlərdə böyük maraq hissi oyadıb.