"Milli - mənəvi dəyərlərimiz" mövzusunda təşkilat saatı keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahilə Allahverdiyeva sinif rəhbəri olduğu 5 "A" sinfində "Milli - mənəvi dəyərlərimiz" mövzusunda təşkilat saatı keçirıb. Azərbaycan xalqının əzəli və əbədi dəyərlərindən söhbət açan müəllim tarixi abidələrimiz, milli geyimlərimiz, mətbəximiz, dərin və zəngin folklorumuz, əsirləri ötüb gələn mərasimlərimizdən şagirdlərə geniş söhbət açıb. Bu dəyərlərimizin qorunması gələcək nəsillərə çatdırılması üçün hər bir azərbaycanlının məsuliyyəti, vətəndaşlıq və milli qürur borcu olduğunu qeyd edilməsi ilə yanaşı bütün dünya xalqlarına milli - mənəvi dəyərlərimizi təbliğ etmək və aşılamaq kimi fikirlər müzakirə olunub. Təşkilat saatına şagirdlər də çox məsuliyyətli və həvəslə qoşulublar. Beləki, şagirdlərin yağlı boya ilə çəkdikləri rəsmlər, müxtəlif əşyalardan hazlrladıqları qədim müsiqi alətlərimiz, topladıqları məlumatlar və təşkilat saatına daha böyük əlvanlıq qatıb. 30 ilə yaxın erməni təcavüzkarlarının vəhşiliklərinin qurbanına çevrilən xalqımızın milli-mənəvi və dini dəyərlərinin yerlə yeksan olmasına görə təəssüf hissi keçirilsə də 44 günlük Vətən müharibəsi zamanı müzəffər ordumuzun qazandığı qələbə həmin abidələrin yenidən bərpa olunması kimi quruculuq işlərinə aid videoçarxlar nümayiş olunub. Şagirdlər Dərbənd, Əlincə, Qız qalası, Gələrsən Görərsən qalası, Şirvanşahlar sarayı, Atəşgah kimi onlarla abidələrdən fəxarət hissu ilə söhbət açıblar.