Yaddaşlardan silinməyəcək faciə...

“Dünya heç kəs üçün əbədi deyil,”-deyib müdriklərimiz. Böyük fatehlər, nəhəng siyasətçilər yola salıb  qoca tarix. Lakin hərə öz əməli ilə qalıb tarixin yaddaş kitabında. Ermənilər də Xocalı faciəsi ilə ürəyimizə elə dağ  çəkiblər ki, bu dağın cızıltısı 5-10 əsr keçsə belə,  qulaqlarımızdan getməyəcək, yaddaşlarımızdan silinməyəcək.

    Əsrin faciəsi... İllər ötsə də, bu söz dəyişməyib. Azərbaycanın salnaməsinə yazılmış qanlı tarix, erməni vandalizmi tərəfindən törədilən dəhşətli faciə haqqında  məktəbimizdə silsilə tədbirlər, nümunəvi dərslər keçirilib. 5b sinif şagirdləri II mərtəbənin dəhlizində- qanlı faciəyə həsr olunmuş foto-stendlərin önündə ədəbiyyat fənnindən E.Hüseynbəylinin “Firuzə qaşlı xəncər” əsərinin məzmununa həsr edilmiş nümunəvi dərs nümayiş etdiriblər.Dərsin əsas məqsədi ermənilərin iç üzünü bir daha şagirdlərə açıb göstərmək, baş qəhrəman Zeynəbin keçirdiyi sarsıntını, düşmənin amansızlığını əks etdirən səhnələrin başa düşülüb qavranılmasına nail olmaq olub. Şagirdlər bu qənaətə gəliblər ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Dərsin sonunu şagirdlər nikbin əhvali-ruhiyyə ilə bitirərək azğın düşmənə nifrətini, qəzəbini qələbə çalacaqları ilə bildiriblər. Fənn müəllimi H.Bəşirovanın Z.Yaqubdan söylədiyi “Sizi qınamıram, ay xocalılar!” şeirindən sonra şagird Qəzənfər Həmzəyevin oxuduğu “Sarı gəlin” mahnısı ilə dərs yekunlaşıb və qiymətləndirmə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi