"e Twinning" layihəsi davam edir

    Məktəbdə oktyabr ayından başlanan E Twinning layihəsi mütəşəkkil olaraq davam edir. "Fun with words" mövzusu üzərində şagirdlər çox böyük həvəslə çalışaraq müxtəlif ölkələrə ölkəmizi təqdim ediblər. On beş dövlətin məktəbləri arasında keçirilən layihədə məktəbimizin şagirdləri fəal iştirak edib və hal- hazırda da iştirak edirlər.

    Hər ayda ayrı-ayrı mövzularla layihələrdə iştirak edən şagirdlərimizin çəkdikləri şəkillər, apardıqları dialoqlar, etdikləri təqdimatlar bir sözlə layihə ilə bağlı bütün fəaliyyətləri dünyanın on beş ölkəsinin məktəbliləri tərəfindən izlənilir.

    Rəngarəng mövzular üzərində şagirdlərimiz böyük həvəslə çalışırlar. Bu layihədə şagirdlərimizin fəaliyyətinin əsas məqsədi ingilis dilini yüksək səviyyədə öyrənmək, sərbəst danışmaq, əl işlərini nümayiş etdirmək, ölkəmizi dünyada tanıtmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi