21 Fevral Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21- də məktəbdə  Beynəlxalq Ana Dili Günü  qeyd olunub. Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırova  8b sinif şagirdlərinin iştirakı ilə”Ana dili millətin mənəvi diriliyidir” mövzusunda dəyirmi masa keçirib.  21 Fevral Beynəlxalq Ana Dili Günün keçirilmə tarixindən danışıb. Müəllim bildirib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Dil  hər bir millətin maddi və mənəvi irsini qoruyan ən güclü vasitədir. Dilimiz milli sərvətimizdir. Dilimiz varsa biz də varıq. Şagirdlər çıxışlarında  Ulu öndərimiz Heydər Əliyevin dilimiz haqqında unudulmaz  kəlamını söyləyib,  Ana dilinə həsr edilmiş şeirlər deyibər. Təranə müəllim  sonda çıxış edərək  doğma dilimizin saflığından, müqəddəsliyindən danışıb.Ana dilimizin müstəqil  Azərbaycanın, Azərbaycan xalqının  ən böyük milli sərvəti olduğunu bildirib. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” təqdimatı ilə müzakirə sona çatıb. Şagirdlər bu  təqdimatlarında doğma dilimizə olan sevgilərini bir daha göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi