9 Noyabr- Dövlət bayrağı günü
9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar 162 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilib.Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.“Dalğalanan Bayraq”, "Mənim bayrağım", "Bayraq mənliyimdir", “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Bayrağımız baş tacımız”, “Qarabağda dalğalan, bayrağım”, “Bayrağımız qürur mənbəyimizdir!”, “Mənim bayrağım ən gözəl bayraqdır” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib