Son zəng

İyunun 14 – də məktəbdə ənənəvi olaraq “ Son zəng ” tədbiri təntənli şəkildə qeyd olundu.Azərbaycan  Respublikasının  Dövlət Himni  səsləndi. Məktəbin  direktor əvəzi Arzu Nəzərova tədbiri açıq elan etdi, O, dövlət başçımız cənab İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğıdan söhbət açdı , müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzuladı. Gələcəkdə məzunların ölkəmiz və xalqımız üçün layiqli övlad, vətənpərvər, intellektual səviyyəsi yüksək olmaları vurğulandı.Məktəbdə  bayram tədbiri şagirdlərin hazırladıqları ədəbi – bədii kompozisiya ilə davam etdi. Məktəbə dəvət olunan qonaqlar ,valideynlər və müəllimlər bayramın belə yüksək səviyyədə təşkil olunması üçün məktəb rəhbərlərinə və 11 – ci sinif rəhbərlərinə dərin təşəkkür etdilər.Daha sonra tədbirin ən həyəcanlı və eyni zamanda unudulmaz məqamı olan 11 – ci sinif bitirən şagirdlər üçün “ Son zəng” çalındı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi