Narkomaniya və erkən nigahların fəsadları

Bu gün 162 nömrəli məktəbdə Səbail Rayon Polis İdarəsinin təşəbbüsü ilə "Narkomaniya və erkən nigahların fəsadları" mövzusunda tədbir keçirildi. Tədbirdə Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlarla iş bölməsinin rəisi Əsəd Umbayev, İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis mayoru Elmir İsgəndərov, baş inspektor, polis mayoru Pərvanə xanım Səfərova, İçərişəhər Cümə məscidinin axundu Hacı Hümmət Məmmədov, narkoloji dispanserin narkoloq-həkimi Fizzə xanım, Səbail rayon Veteranlar Şurasının sədr müavini, təqaüddə olan polis mayoru Vəli Abdullayev, 162 və 96 nömrəli Ağdam köçkün məktəbinin yuxarı sinif şagirdləri və s. iştirak etdilər. Tədbirdə çıxış edən qonaqlar şagirdləri mövzu haqda ətraflı məlumatlandıraraq, sosial şəbəkələrdə şüuraltı narkomaniyanı təbliğ edən musiqi nümunələrinə aludə olmamağa, əsrin bəlası olan narkomaniyanın tələsinə düşməməyə çağırdılar. Daha sonra mövzu haqda qısametrajlı film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi