31 mart Azərbaycanlıların Soyqırımı Günü

Bu gün 162 nömrəli məktəbdə Səbail rayonu Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə 31 Mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Səbail rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev, əməkdaş Həmid-xan Tahirli, müəllimlər, şagirdlər, məktəb rəhbərliyi və məktəbin adını daşıdığı şəhid Etibar Əliyevin atası Allahverdi Əliyev iştirak etdi. Tarixi gün haqda məlumat verən çıxışçılar qeyd etdilər ki, Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı görünməmiş qətliam törətmişlər. Həmin vaxt rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi