Qolunu sal boynuma, şəhidim

6 aprel tarixində 162 nömrəli məktəbin adını daşıdığı şəhid Etibar Allahverdi oğlu Əliyevin doğum günüdür. Bu münasibətlə məktəbdə Fəaliyyə Planına uyğun olaraq aprel ayı boyunca bir sıra tədbirlər həyata keçiriləcəkdir. "Biz şəhid olduq, təki Vətən yaşasın" mövzusunda esse, " Qolunu sal boynuma, şəhidim" mövusunda radio şer yarışması, " Şəhidlər ölməz, Vətən bölünməz" mövzusunda rəsm sərgisi keçiriləcəkdir. Aprel ayının 5- də şəhidin ailəsi ilə birlikdə hərbi rəhbər Sarvan Şirinovun GÇH dərsi izlənildikdən sonra, məktəbin həyətində şəhidin xatirə lövhəsinin önündə tədbir keçiriləcəkdir. Aprelin 6 - da isə məktəbin şagird və müəllim kollektivi şəhidin məzarının olduğu II Şəhidlər Xiyabanına yürüş keçirəcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi