Beynəlxalq rəqs festivalının qalibi

3 "B" sinif şagirdi Nigar Cabbarlını 162 nömrəli məktəbin kollektivi dərs əlaçısı kimi tanıyır. Bu dəfə isə sizə Nigarın yaz tətili günlərində qazandığı daha bir uğuru haqda məlumat vermək istəyirik. İstedadlı şagirdimiz martın 26-da baharın gəlişi münasibəti ilə Bakı şəhərində uşaq və gənclər arasında keçirilən folklorun təbliğinə həsr olunmuş beynəlxalq rəqs festivalında iştirak etmişdir. Gürcüstan, İran, Rusiya, Türkiyə və s. ölkələrin rəqs kollektivlərinin iştirak etdiyi yarışmada Nigar 4-cü yerin qalibi olmuşdur. Öz qələbə sevincini sinif yoldaşları ilə bölüşən Nigar onlara yarışlara qatılaraq qələbə qazanmağın hər kəsin öz əlində olduğunu söyləyir. Nigar inanır ki, həvəslə görülən hər bir işin sonda mütləq qalibiyyətlə nəticələnir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi