Məktəblilər yaz tətili günlərini səmərəli keçirdi

162 nömrəli məktəbin şagirdləri öncədən hazırlanmış plan əsasında yaz tətili günlərini səmərəli keçirdilər.Beləki, 2 "Ç" sinfi müəllim Rəna Mirzəliyeva ilə birlikdə Yanardaq təbiət qoruğu və Atəşgah kompleksində ekskursiyada olmuşlar. Rəna müəllim ekskursiya üçün Abşeron yarımadasında yerləşən təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidələrini əbəs yerə seçmədiyini söyləyir. Ekskursiya zamanı uşaqlara açıq səma altında sərgilənən hər iki qoruq haqqında ətraflı məlumat verilmişdir. Uşaqlar ekskursiyadan böyük təəssüratlarla qayıtmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi