Uğur üçün tədris

Bu gün SPEX layihəsi çərçivəsində “British Council” təlimçisi Natavan xanım Babayeva 8 "B" sinfində yarımqrupda ingilis dili müəllimi Münəvvər Nəsirovanın dərsində iştirak edərək, layihə çərçivəsində nəzərdə tutulan praktik tövsiyyələr və məsləhətlər verdi. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “British Council” təşkilatı və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun birgə əməkdaşlığına əsasən həyata keçirilən “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində təşkil olunmuş təlimlərə bu ildən 162 nömrəli məktəbin ingilis dili müəllimləri də qatılmışlar. Xarici dilin öyrədilməsində kommunikativ metodlardan istifadə edilməsinin inkişafı, tədrisin dövlət rəsmilərinin və müəllim hazırlayanların istəyindən asılılığı, fəaliyyətə yeni başlayan və təcrübəli müəllimlər üçün hamının istifadə edə biləcəyi, hamı üçün mümkün, müasir tədris materialları və dili öyrənənlər üçün kurslar üzrə sillabuslar hazırlanmasını yerinə yetirmək üçün xarici dil müəllimlərinin təkmilləşdirilməsi istiqamətində aparılmış növbəti uğurlu layihələrdən yalnız biri olan “Uğur üçün tədris” (SPEX) layihəsinin həyata keçirilməsinə 2017-ci il yanvar ayından start verilmişdir. Layihə ingilis dili müəllimlərinin xarici dil qabiliyyətlərinin təkmilləşdirilməsini, onların tədrisetmə və danışıq qabiliyyətlərinin qiymətləndirilməsi üzrə pedaqoji bilik və bacarıqlarının artırılmasını, məktəbəsaslı peşəkar təlim və onun vacibliyinin təbliğini nəzərdə tutur. Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində iştirak edən bütün ingilis dili müəllimlərinin dərslərininlayihə təlimçiləri tərəfindən dinlənilməsi planlaşdırılir.