Gələcəyin mühəndisi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi - BOHM PLANETARİUMun birlikdə təşkil etdiyi kosmik cihazların maketlərinin hazırlanmasına həsr olunmuş "Gələcəyin mühəndisi" müsabiqəsində 162 nömrəli məktəbi aşağıda adları göstərilən 4 nəfər şagirdimiz təmsil edəcək:
1. Məhərrəmli Rəvan - 5 "R" sinif şagirdi
2. Məmmədli Amin - 5 "R" sinif şagirdi
3. Hacızadə Lalə - 6 "R" sinif şagirdi
4. Fasxatdinova Diana - 6 "R" sinif şagirdi
Uşaqlar sözügedən müsabiqəyə artıq bir neçə aydır ki, həvəslə hazırlaşırlar. Uşaqlar hətta valideynləri ilə birlikdə BOHM PLANETARİUMun film zalında mövzu ilə bağlı bir neçə film də izləmişlər. Onların hazırladıqları biri-birindən gözəl kosmik cihaz maketləri nəhayət ki, aprelin 6-da sərgidə nümayiş olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi