İlk müəllimini tanı

   Məlum olduğu kimi, mart ayının 13-dən etibarən birinci siniflərə şagirdlərin elektron qeydiyyatı başlamışdır. Bu münasibətlə 2019-2020-ci dərs ilində 162 nömrəli məktəbin 1-ci siniflərində dərs deyəcək ibtidai sinif müəllimlərini geniş ictimaiyyətə və valideynlərə yaxından tanıtmaq məqsədi ilə "İlk müəllimini tanı" layihəsinə start verilmişdir. Məktəbdə övladını 1-ci sinfə qeydiyyatdan keçirmək istəyən valideynlər təqdim olunan videoçarxlar və şəkilli təqdimatlar vasitəsi ilə hər bir sinif müəlliminin pedaqoji fəaliyyəti və dərs metodu ilə yaxından tanış ola bilər. Qeyd edək ki, cari tədris ilində I siniflərdə  Şeyda İbrahimova, Mədinə Səfərova, Rəna İbişova Azərbaycan bölməsində , İradə Hüseynova isə rus bölməsində dərs deyəcəkdir.Təhsil Nazirliyinin "Sağlam təhsil - sağlam millət" layihəsinin həyata keçiriləcəyi 1 "Ç" sinfinin sinif rəhbəri isə pedaqogika elmi üzrə doktorant Mədinə İsmayılova olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi