Kiçik Akademiyanın təbiət elmləri bölməsində seminar

Mart ayının 6-da məktəbin akt zalında "Kiçik Akademiya"nın prezidenti Jalə Xanlarzadənin təşkilatçılığı ilə AMEA-nın Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, biologiya elmlər doktoru Lətafət xanım Mustafayevanın təbiətsevər şagirdlərlə növbəti seminar-görüşü keçirildi. Seminarda "Azərbaycanın bitki ehtiyatları insan sağlamlığının keşiyində" mövzusunda çıxış edən alim tədbirin sonunda zalda əyləşən şagirdlərlə disskusiya araraq, onların botanika elmi haqqında fikirlərini dinlədi. Azərbaycan təbiətinin yetişdirdiyi dərman bilikləri haqqında uşaqların geniş bilgiyə malik olmasını müsbət qiymətləndirən alim, aprel ayında keçiriləcək növbəti seminarın mövzusunun "Azərbaycanda bitən dərman bitkiləri" olmasını təklif etdi. Görkəmli alim həm də zalda iştirak edən şagirdlər arasından fəallıq göstərən bir neçə şagirdin "Kiçik Akademiya"-nın "Təbiət elmləri" bölməsinə qəbul edilməsini tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi