Pilləli təhsil

Ombudsman (Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili )Aparatının əməkdaşları tərəfindən 162 nömrəli məktəbdə həyata keçirilən "Uşaq hüquqlarının öyrədilməsində pilləli təhsil" layihəsi müvəffəqiyyətlə davam edir. Sona Əliyevanın rəhbəri olduğu 3 "Ç" sinfində təhsil alan Elmira və Emin bu layihənin iştirakçısıdır. Onlar məktəbin digər paralel siniflərində təhsil alan şagirdlərlə birlikdə "Pilləli təhsil" layihəsi çərçivəsində təşkil olunan seminarlarda həvəslə iştirak edir, seminarda öyrəndiklərini digər sinif yoldaşlarına da səylə öyrətməyə çalışırlar. Uşaqların öz hüquq və vəzifələrini öyrənməyə olan sonsuz maraqlarını nəzərə alan Sona müəllim növbəti sinif saatını bu mövzuya həsr etməyi qərara aldı. Sinif saatına Ombudsman Aparatının layihə koordinatorları olan əməkdaşlarını dəvət etmək də yaddan çıxmadı. Tədbir zamanı işaqlar öz hüquq və vəzifələrin bildiklərini və gündəlik yaşamlarında buna əməl etdiklərini maraqlı dialoqlar, səhnəciklər və s. vasitəsi ilə əyani olaraq nümayiş etdirdilər.