Uşaqların mühafizəsi bizim məsuliyyətimizdir

Bu gün məktəbdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Əhalinin Mülki Müdafiə Hazırlığı Şöbəsinin rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbələrinin Hazırlığı İşinin təşkili bölməsinin rəisi kapitan Rəşad Mansurovun iştirakı ilə "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü" nə həsr olunmuş "Uşaqların müdafiəsi bizim məsuliyyətimizdir" mövzusunda tədbir keçirildi. Tədbirdə 2, 5 və 6-cı sinif şagirdləri və müəllimlər iştirak etdilər. Onlar məktəbin hərbi rəhbəri, GÇH fənnini tədris edən Əfqanıstan və Qarabağ müharibələri veteranı Sarvan Şirinovun rəhbərliyi ilə hazırlanmış müxtəlif səhnələr və mövzu ilə bağlı video filmi izlədilər, suallara cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi